İş adamı avtomobilində GÜLLƏLƏNDİbackend

İş adamı avtomobilində GÜLLƏLƏNDİ

Naməlum şəxs Domodedovoda biznesmen Aleksandr Rusetskini güllələyib. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, onun meyiti “Mercedes” markalı avtomobilin salonunda tapılıb.

“Domodedovoda “İnfocom” Texniki Mərkəzi MMC-nin həmtəsisçisi və baş direktoru Aleksandr Rusetski öldürülüb. O, başından güllə yarası alıb və ölüb”, – məlumatda bildirib.

Rusiya İstintaq Komitəsi faktı təsdiqləyib:

“İstintaqın ilkin məlumatlarına görə, noyabrın 15-də Domodedovo şəhərinin Orexovaya küçəsində “Mercedes” markalı avtomobilin salonunda baş nahiyəsindən güllə yarası almış kişi meyiti aşkar edilib”.

Prokurorluq iş adamının mobil telefonunun oğurlandığı müəyyən edib.

Məlumata görə, iş adamı 6 il əvvəl Domodedovoda “İnforcom” MMC şirkətini yaradılıb. Şirkət avtomobillər üçün ehtiyat hissələrinin satışı ilə məşğuldur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*