İş dəftərləri ödənişsiz verilə bilərbackend

İş dəftərləri ödənişsiz verilə bilər

“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:

“Lakin sinifdə 3 nəfərdə iş dəftəri olanda, 5-ində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*