İslandiya ABŞ-ın “52-ci ştatı” olacaq?backend

İslandiya ABŞ-ın "52-ci ştatı" olacaq?

Reykyavikdəki ABŞ səfiri vəzifəsinə namizəd Bill Lonq zarafatla İslandiyanın ABŞ-ın “52-ci ştat”ı olacağını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, Trampın İslandiyadakı səfir vəzifəsinə namizədi olan keçmiş nümayəndə Billi Lonq Konqres üzvləri ilə İslandiyanın 52-ci ştat, özünün isə qubernator olması barədə zarafat edib.

Qeyd edək ki, 2025-ci ildə ABŞ prezidenti Donald Tramp dəfələrlə Kanadanın 51-ci ştat olacağı ilə bağlı fikirlər səsləndirirdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*