İsmayıllıda zəncirvari qəza: Xəsarət alanlar var – TƏFƏRRÜAT backend

İsmayıllıda zəncirvari qəza: Xəsarət alanlar var - TƏFƏRRÜAT 

İsmayıllıda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 11:30-da Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107, “Mercedes” və “Volkswagen” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz İsgəndərov xəsarət alıb.

“Volkswagen” markalı avtomobildə olan iki sərnişinə isə ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

***

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*