İSMAYILLIYA icazələri olmadan istirahətə gələnlər cərimələndibackend

İSMAYILLIYA icazələri olmadan istirahətə gələnlər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib.

KONKRET.az xəbər verir ki, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb.

Yoxlama zamanı icazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*