İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü – Videobackend

İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü - Video

İspaniyanın aşağı divizionunda “Andorra” ilə keçirilən oyun zamanı ağır zədə alan “Tenerife” klubunun hücumçusu Xesus de Migel həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Qeyd edək ki, Xesus de Migel matçın əlavə olunmuş dəqiqələrində rəqib komandanın qapıçısı Ovono ilə şiddətli toqquşaraq huşunu itirib. Meydanda ürəyi dayanan 28 yaşlı futbolçuya təcili olaraq ürək masajı olunub. İlkin tibbi müdaxilədən sonra nəbzi bərpa olunan futbolçu təcili xəstəxanaya çatdırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*