Türkiyədəki valyuta böhranı Azərbaycan üçün təhlükə yaradırmı?backend

Türkiyədəki valyuta böhranı Azərbaycan üçün təhlükə yaradırmı?

Türkiyədə dolların məzənnəsinin 50 lirəni keçərək tarixi maksimuma çatması ölkə iqtisadiyyatında milli valyutanın dəyərdən düşməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Lirənin ucuzlaşması Türkiyənin iqtisadi göstəricilərinə, xüsusilə idxal və ixrac balansına, əhalinin alıcılıq qabiliyyətinə və inflyasiyaya təsirsiz ötüşmür. Digər tərəfdən, Türkiyədə baş verən bu prosesin Azərbaycan manatına mümkün təsirləri də maraq doğurur.

Bəs lirənin dəyər itirməsi Türkiyə iqtisadiyyatı üçün hansı nəticələrə səbəb olacaq? Bu proses Azərbaycan manatının məzənnəsinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycan manatına birbaşa təsiri yoxdur və bu iki valyutanın məzənnəsi arasında əlaqə mövcud deyil.

Azərbaycanda bu məhsullar ucuzlaşa bilər | KONKRET

“Manatın məzənnəsinə təsir edən əsas amillər tamamilə fərqlidir. Hazırda Azərbaycan manatının mövqeyi kifayət qədər sabitdir və bu, xüsusilə gömrük rüsumları ilə bağlı vəziyyətlə əlaqəlidir.

Gömrük rüsumlarından daxilolmalarda ciddi azalma və ya bu sahədə mənfi dəyişikliklər baş verəcəyi təqdirdə manatın gələcək perspektivlərini ayrıca müzakirə etmək mümkün olacaq. Lakin Türkiyə lirəsinin ucuzlaşmasını manat üçün risk faktoru kimi qiymətləndirmək doğru deyil”.

Xalid Kərimli lirənin dəyər itirməsinin Türkiyə iqtisadiyyatı üçün müəyyən üstünlüklər də yaratdığını vurğulayıb.

“Milli valyutanın ucuzlaşması Türkiyənin ixrac etdiyi məhsulları xarici alıcılar üçün daha əlçatan edir. Beləliklə, məhsullar dollar, avro, rubl və digər xarici valyutalarla daha rəqabətli qiymətə təklif olunur. Bu isə Türkiyənin ixrac imkanlarını və tranzit ticarətindən əldə etdiyi üstünlükləri artırır”.

İqtisadçı əlavə edib ki, Türkiyədə lirənin ucuzlaşması prosesi müəyyən mənada idarə olunan iqtisadi yanaşma çərçivəsində də qiymətləndirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*