Ramiz Mehdiyevin adı bu siyahıdan da çıxarıldıbackend

Ramiz Mehdiyevin adı bu siyahıdan da çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin adı akademiyanın həqiqi üzvləri siyahısından çıxarılıb.

KONKRET.az bildirir ki, Ölkə.az-ın xəbərinə görə, onun adı artıq siyahıda yoxdur.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin oktyabrın 22-də çıxardığı hökmlə R.Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, R.Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Onun əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Oktyabrın 28-də isə AMEA Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Oktyabrın 30-da AMEA-nın Ümumi Yığıncağı keçirilib və R.Mehdiyevin akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*