Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTObackend

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.

KONKRET.az ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

1793685770 whatsapp image 2026 11 03 at 09.36.19

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*