Mərakeşdən İspaniyanın Seuta şəhərinə dəniz yolu ilə keçməyə cəhd edən miqrantlar arasında həlak olanların sayı 67-yə yüksəlib.
KONKRET.az xəbər verir ki, bu barədə El Paris məlumat yayıb.
Məlumata görə, son günlər on minlərlə miqrant üzərək və ya Seutanı Mərakeşdən ayıran dalğaqıranın ətrafından keçərək İspaniya ərazisinə daxil olmağa çalışıb. Kütləvi keçid cəhdləri zamanı çox sayda insan dənizdə boğularaq həyatını itirib.
İspaniya və Mərakeş hakimiyyət orqanları sərhəd nəzarətini gücləndirib, qanunsuz keçidlərin qarşısını almaq və miqrantların geri qaytarılmasını sürətləndirmək üçün birgə tədbirlər həyata keçirir. İspaniya Seuta sahillərində əlavə təhlükəsizlik maneələri də quraşdırmağa başlayıb.
Son məlumata əsasən, Seutaya daxil olan təxminən 50 min nəfərin 48 mindən çoxu artıq Mərakeşə geri qayıdıb və bölgədə vəziyyət nisbətən sabitləşib.
Günay Əli
KONKRET.az
