İsrail 1,1 milyon fələstinlinin 24 saat ərzində təxliyəsini əmr etdi – BMTbackend

İsrail 1,1 milyon fələstinlinin 24 saat ərzində təxliyəsini əmr etdi - BMT

İsrail BMT əməkdaşlarına və Qəzzanın şimalındakı əhalinin 24 saat ərzində təxliyə edilməsini əmr edib.

KONKRET.az xəbər verir ki, İsrail bu mesajı BMT-nin Qəzza zolağındakı komandasına çatdırıb .

“Eyni prosedur bütün BMT əməkdaşlarına və məktəblər, sağlamlıq mərkəzləri və klinikalar da daxil olmaqla BMT agentliklərində yerləşmiş şəxslərə şamil edilir”, –  BMT-nin bəyanatında qeyd edilir.

“BMT dağıdıcı humanitar nəticələr olmadan belə bir təxliyənin həyata keçirilməsini qeyri-mümkün hesab edir. BMT belə bir sərəncamı ləğv etməyə çağırır. Çünki sərəncam icrası olunarsa, faciə qaçılmaz olaraq”, – deyə bəyanatda bildirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*