İsrail aviasiyası Qəzza və Livanı bombaladı: 25 nəfər öldü, yaralılar varbackend

İsrail aviasiyası Qəzza və Livanı bombaladı: 25 nəfər öldü, yaralılar var

Ötən gecə İsrail hərbi aviasiyasının Qəzzanın mərkəzindəki Əl-Zavayda yaşayış məntəqəsindəki sığınacağa aviazərbələri nəticəsində 15 nəfər ölüb.

KONKRET.az-ın “Al-Jazeera”ya istinadən xəbərinə görə, hava reydi zamanı xeyli sayda yaralıların olduğu açıqlanıb.

Qırıcılar Livanın cənubunu da hədəfə alıb. Nabatiyə şəhərindəki yaşayış binalarından birinə atılan raketlər azı 10 nəfərin həyatına son qoyub, 3 nəfər dinc sakin isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*