İsrail Baş nazirinin ofisinə şübhəli zərf GÖNDƏRİLDİbackend

İsrail Baş nazirinin ofisinə şübhəli zərf GÖNDƏRİLDİ

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə yağla ləkələnmiş şübhəli zərf göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, bağlamanı aldıqdan sonra dərhal ofisə polis çağırılıb.

Qeyd olunub ki, zərfdə yağlı maddə izlərinin olması onun təhlükəli ola biləcəyinə şübhələr yaradıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları şübhəli zərfi ofisdən götürərək əlavə yoxlama üçün təhlükəsizlik xidmətlərinə təhvil verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*