İsrail həbsxanalarında ölən fələstinli məhbusların sayı AÇIQLANDIbackend

İsrail həbsxanalarında ölən fələstinli məhbusların sayı AÇIQLANDI

İsrail həbsxanasında daha 1 fələstinli məhbus ölüb.

KONKRET.az xəbər verir ki, İordan çayının qərb sahilindəki Nablus şəhərindən olan daha bir fələstinli İsrail həbsxanasında dünyasını dəyişib.

Məhbusların İşləri Komissiyası və Fələstin Məhbus Cəmiyyətinin birgə bəyanatında deyilir ki, 20 yaşlı Mosab Audaili 13 aylıq cəzaya məhkum olunmuşdu.

İsrail rəsmiləri Audailinin ölümü ilə bağlı hələlik şərh verməyib.

Fələstinin açıqladığı rəqəmlərə görə, 2023-cü ilin oktyabr ayından bəri İsrail əsirliyində olan ən azı 64 fələstinli məhbus həyatını itirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*