İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı iki fələstinlini həbs edib və Hebron yaxınlığındakı bir neçə evdə axtarış aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.
Həmçinin bildirilir ki, hərbçilər Cenin şəhərinin cənub-qərbində yerləşən Yaabad qəsəbəsinə basqın ediblər və bu, yerli sakinlərlə toqquşmaya səbəb olub.