İsrail Ordusu Qarabağda müharibə təcrübəsini öyrənirbackend

İsrail Ordusu Qarabağda müharibə təcrübəsini öyrənir

İsrail Müdafiə Ordusunda Dağlıq Qarabağda müharibə təcrübəsini diqqətlə öyrənir, onu İsrailin müxtəlif rəqiblərlə mümkün döyüşlərinə ekstrapolyasiya edirlər.

KONKRET.az xəbər verir ki, İsrail televiziya kanalındakı “12 xəbər xidməti”nin şərhçisi Ehud Yaarinin məqaləsində belə deyilir.

İsraildə hərbi kampaniyanın nəticəsinin yüksək dəqiqlikli silahdan savadlı və səmərəli istifadə hesabına Bakının xeyrinə yekunlaşması faktına xüsusi diqqət yetirilir. Buna misal olaraq Ermənistan zirehli texnikasına qarşı Azərbaycan Ordusu tərəfindən istifadə olunan, Türkiyə və İsrail istehsalı olan texnika və PUA-lar arasındakı  döyüş əlaqələri göstərilir.

Məqalədə Bakının tədarük etdiyi İsrail  pilotsuz uçuş aparatları-kamikadzelərinin yüksək effektiv fəaliyyəti vurğulanır. Onlar C-300 batareyalarını və “Qrad”yaylım atəşi sistemlərini məhv ediblər.

İsrail və Suriyanın mümkün münaqişəsi baxımından, Azərbaycan pilotsuz təyyarələrinin düşmən ərazisinin dərinliklərində aşağı hündürlüklərdən və dağlıq ərazilərdən istifadə etməsi xüsusilə  vacibdir. Bu iki amil dronları faktiki olaraq toxunulmaz edib.

Ermənistan qoşunları dronları radarların köməyi ilə aşkar etməyə cəhd göstərsə də, bu cəhdlər vəziyyəti daha da ağırlaşdırıb, çünki pilotsuz təyyarələr siqnalları ələ keçirib və sonra düşmən batareyalarını məhv edib.

Məqalədə bildirilir ki, Bakı münaqişə zamanı 24 dron itirib.

Dağlıq Qarabağdakı hərbi toqquşmanın yeni mərhələsi əslində müasir müharibənin nümayişi oldu. Bunun ən bariz sübutu aşağıdakı haldır: tərəflər praktiki olaraq Hərbi Hava Qüvvələrindən istifadə etmədilər.

Virtualaz.org

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*