İsrail Qəzzaya elektrik enerjisinin verilişini dayandırdıbackend

İsrail Qəzzaya elektrik enerjisinin verilişini dayandırdı

İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dayandırılması barədə göstəriş verib.

KONKRET.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Qeyd olunub ki, İsrail anklavın mərkəzi hissəsində duzsuzlaşdırma qurğusunu işlətmək üçün Qəzzaya elektrik enerjisi verirdi.

Qəzzanın isə elektrik enerjisinin böyük hissəsi generatorlar tərəfindən istehsal olunur, lakin onlar üçün yanacaq bir həftədir ki gəlmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*