“İsrail tək deyil” – Stoltenberqbackend

"İsrail tək deyil" - Stoltenberq

NATO-nun Brüsseldə keçirilən toplantısının ikinci günündə alyans İsraili dəstəkləməyə söz verib.

KONKRET.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq “İsrail tək deyil” deyərək alyansın dəstəyini ifadə edib.

İsrailin müdafiə naziri Yoav Qalant video zəng vasitəsilə Həmas-ın  törətdiyi vəhşiliklər haqqında məlumat verib.

Stoltenberq qeyd edib ki, alyans terror hücumlarını ən qəti şəkildə pisləyib. NATO müttəfiqləri İsraillə həmrəy olduqlarını bildirərək, Həmas-ı bütün girovları “dərhal” azad etməyə çağırdılar.

“Heç bir xalq və ya təşkilat vəziyyətdən sui-istifadə etməyə və ya gərginləşdirməyə çalışmamalıdır”, – Stoltenberq əlavə edib.

Xatırladaq ki, NATO-nun müdafiə nazirləri alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələrək İsraildəki vəziyyəti, eləcə də Ukraynadakı müharibəni müzakirə edirlər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*