İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Times of Israel məlumat yayıb.
“İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Və biz qalib gələcəyik”, – nazir deyib.
“Düşmən heç vaxt olmadığı kimi bir bədəl ödəyəcək”, – Netanyahu qeyd edib.
Qeyd edək ki, HƏMAS qruplaşması İsrail ərazisinə raket zərbələri endirib. Bəzi şəhərlərdə hazırda atışma davam edir. İsrail tərəfində azı 6 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb.
Ariz Həsənoğlu,
KONKRET.az
