İsraildən Beyrutdakı partlayışla bağlı Livana JESTbackend

İsraildən Beyrutdakı partlayışla bağlı Livana JEST

İsrailin paytaxtı Tel-Əviv şəhərinin meriyasının binası Livan bayrağının rəngləri ilə işıqlandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərin meri Ron Huldai “Twitter” hesabında məlumat verib.

Huldai yazıb ki, insanlıq bütün münaqişələrin fövqündə durur və İsrail qonşu Livan xalqının dərdinə şərikdir.

Qeyd edək ki, iki gün əvvəl Beyrutda baş verən partlayış nəticəsində 137 nəfər həlak olub, beş mindən çox insan yaralanıb.

Partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2,7 min ton ammonium-nitrat maddəsinin detonasiyası səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*