İsrailin Baş naziri Azərbaycanın qərarını alqışladıbackend

İsrailin Baş naziri Azərbaycanın qərarını alqışladı

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, – hökumət başçısı vurğulayıb.

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*