Finlandiyanın mindən çox musiqi xadimi İsrailin Eurovision Mahnı Müsabiqəsindən kənarlaşdırmasıyla bağlı petisiya imzalayıb.
KONKRET.az xəbər verir ki, aksiya iştirakçıları İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham edərək bildiriblər ki, “Yle TV” ikili standartlarla işləyir.
Bu televiziya kanalı Rusiyanı Eurovision Mahnı Müsabiqəsindən kənarlaşdırılmağa çağırmışdı. Kanal indi İsrailin tərəfini tutmaqla ikiüzlü siyasət aparır.
Vəli Həsənov,
KONKRET.az
