İsrailin hərəkətlərinə dərhal son qoyulmalıdır – Mahmud Abbasbackend

İsrailin hərəkətlərinə dərhal son qoyulmalıdır - Mahmud Abbas

Fələstin prezidenti Mahmud Abbas İsrailin hücumlarına dərhal son qoymağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə bildirib.

Abbas həmçinin Qəzza zolağına təcili humanitar dəhlizlərin açılmasını, oradakı mülki vətəndaşları tibbi ləvazimatlar, su, elektrik və yanacaqla təmin etməyə çağırıb.

O, Qəzza zolağında humanitar fəlakətin baş verəcəyi barədə xəbərdarlıq edib.

Fələstin prezidenti hər iki tərəfdən mülki şəxslərin öldürülməsinə qarşı olduğunu bir daha qeyd edərək, məhbusların azad edilməsinə çağırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*