İşsiz vətəndaşlar üçün nəzərdə tutulan vəsaitlə bağlı AÇIQLAMAbackend

İşsiz vətəndaşlar üçün nəzərdə tutulan vəsaitlə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat ünvanlı sosial yardımın verilməsi haqda məlumat yayılıb. Bunun üçün vətəndaşlara e-sosial.az saytında qeydiyyatdan keçmək və müvafiq xanaları doldurmaq tövsiyə edilib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, nazirlik bununla bağlı rəsmi açıqlama yaymayıb:

“Pandemiyaya görə vətəndaşlara 110 manat ödəniləcəyi və bunun üçün qeydiyyatdan keçməyin lazım olması ilə bağlı nazirliyin qərarı yoxdur. Ümumiyyətlə, ünvanlı sosial yardımla bağlı müraciət forması da sözügedən videoda qeyd edildiyi kimi deyil. Bu məlumatı yayan şəxsin, görünür, prosedurdan xəbəri yoxdur. Həmçinin ünvanlı sosial yardımın 190 manat birdəfəlik ödəmə ilə heç bir əlaqəsi yoxdur”. /Axar.az

  • Aygun Ramazanova
    Yanvar 13, 2021 - 13:22

    Mende unvanli dövlet sosial yardim alamaq isteyirem onlayin nece qeydiyyatdan kecim

  • ilahe
    Oktyabr 21, 2022 - 11:51

    mende unvanli sosial yardim almaq isdeyirem 3 uşağim var dolanişiğimiz çox çetindi

  • Elnare
    Aprel 27, 2023 - 15:32

    Başsız qadınam iki qızım var menede kömeylik etmeyinizi xaiş edirəm

  • Sebine
    May 27, 2023 - 23:36

    Evdar qadınam 2 yaşinda qizim var kasib aileyik yoldaşim fehlədi iş yoxdu kip yigir dolanişigimiz cox cetindi xaiş edirem sesime ses verin bize komek olun

  • Səbinə
    May 27, 2023 - 23:37

    Menimde 2 yaşinda qizim var yoldaşim fehlədi xaiş edirem bize komek edin cox cetindi dolanişiq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*