İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi başlayır.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
“İştirakçıların Rusiya Baş Konsulluğuna gəlişindən az sonra buna start veriləcək”, – deyə bildirilib.
Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ-a isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.