İstanbulda aktiv fay xətti ilə zəlzələ riski olan yerlər – SİYAHIbackend

İstanbulda aktiv fay xətti ilə zəlzələ riski olan yerlər - SİYAHI

Mərkəzi Kahramanmaraş olmaqla 11 vilayətə təsir edən böyük zəlzələ fəlakətindən sonra, böyük İstanbul zəlzələsi yenidən gündəmə gəlib. İstanbul aktiv fay xətti xəritəsi ilə şəhərdə fay xəttini keçən rayon və məhəllələr müəyyənləşib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul zəlzələ risk xəritəsindəki qırılma xətlərinə yaxınlıq dərəcəsinə görə birinci dərəcəli riskli rayonlar aşağıdakılardır;

Avropa tərəfində Avcılar, Küçükçekmece, Bakırköy, Beylikdüzü, Güngören, Zeytinburnu, Bahçelievler və Fatih, Anadolu tərəfində Kadıköy, Üsküdar, Ataşehir, Ümraniye, Maltepe, Kartal, Pendik, Sultanbəyli, Sancaktepe, Tuzla və Adalar.

Qeyd etmək lazımdır ki, İstanbulda zəlzələ riski yüksək olan bölgələrə Zeytinburnu, Küçükçekmece, Florya, Esenkent, Ispartakule, Ambarlı, Avcılar və Haramidere aiddir.

Zəlzələ riski orta hesablanan rayonlara isə Ortaköy, Kurbağalıdere, Alibeyköy, Moda Plajı, Silivri, Fatih, Gümüşyaka və Topkapıda Üsküdar çuxuru, Tarabya çuxuru, Tophane göstərilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş vilayətlərdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*