İsveç daha bir təxribata yol verdi: Bu dəfə Quranı təpiklədilərbackend

İsveç daha bir təxribata yol verdi: Bu dəfə Quranı təpiklədilər

Stokholmun mərkəzindəki Baldersgatan küçəsində, İraq səfirliyinin yaxınlığında polisin icazəsi ilə aksiya keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, diplomatik nümayəndəliyə 100-ə yaxın adam toplaşıb ki, onların da əksəriyyəti jurnalistlərdir. Aksiyanın təşkilatçısı çantadan Quran, İraq bayrağının kağız nüsxələri və ölkə liderlərinin fotoşəkillərini çıxarıb. O, mikrofon vasitəsilə ərəbcə danışaraq, İraq bayrağı ilə ayaqqabılarını silib. Həmin şəxs aksiyanın digər iştirakçısı ilə birlikdə müqəddəs kitabı təpikləyib.

Belə ki, polis təşkilatçılara kütləvi aksiya keçirməyə icazə verib, lakin Quranı yandırmağa qoymayıb.

Aksiyayada iştirak edənlər arasında Yaxın Şərqdən gələn mühacirlər çoxluq təşkil edib. Onlardan biri bildirib ki, aksiyanın təşkilatçısı əvvəllər xristianlığı qəbul edib, sonra müsəlman olub, indi isə ateistdir.

İqbal Rzayev,

KONKRET.az

  • Sultan
    İyul 20, 2023 - 21:43

    Şərəfsiz saxta din xadim musəlmanlar qondarma dini yaymağla gətirib bu halətə qoyublar.indidə hansısa biqeyrət quranı yandırır.istər.alim ol istər cahil ,ateis fərqi yoxdu Hər görünən görünməyən Aləmlərin sahibi Allahdı

  • Mir Əli
    İyul 21, 2023 - 11:57

    Alimlik bir şey yoxdur, xisləti pis insan öz bildiyin həmişə edəcək. Din təbliğ edilsə də, edilməsə də.
    Hər əsrdə islam düşməni olub və hər dövrdə islamla mübarizə gedib. Allah lənət edəcək hər iki dünyada müşriklərə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*