İsveç məhkəməsi A$AP Rocky-ni azadlığa buraxıbbackend

İsveç məhkəməsi A$AP Rocky-ni azadlığa buraxıb

İsveç məhkəməsi ağır bədən xəsarəti yetirməkdə ittiham olunan Amerika reperi A$AP Rocky-ni azadlığa buraxmaq barədə qərar qəbul edib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı Stokholmda üçgünlük dinləmələrdən sonra qəbul edilib. Qərara görə, reper və onun iki dostu daha həbsdə qalmamalıdır.

Daha əvvəl verdiyimiz xəbərə görə, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen reper A$AP Rocky-nin məhkəməsində iştirak etmək üçün Stokholma yollanıb. Bildirilir ki, məhkəmənin qəti qərarı avqustun 14-də qəbul ediləcək. Zərərçəkən həmin vaxta qədər ona 14 min avro kompensasiya ödənilməsini tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*