İsveçrədə “evtanaziya kapsulu”ndan istifadəyə görə cinayət işi açıldıbackend

İsveçrədə “evtanaziya kapsulu”ndan istifadəyə görə cinayət işi açıldı

İsveçrədə ilk dəfə “evtanaziya kapsulundan” istifadə edilib.

İsveçrədə 64 yaşlı amerikalı qadının evtanaziya cihazı olan Sarko kapsulunda ölümü ilə bağlı cinayət işi açılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə polisi “evtanaziya kapsulunda” ölüm faktını araşdırır. Faktla bağlı bir neçə nəfər saxlanılıb və onlar barəsində “özünü öldürmə həddinə çatdırma” və “özünü öldürməyə kömək etmə” maddələri ilə cinayət işi açılıb. Bu, ölüm kapsulunun ilk məlum istifadəsi ola bilər. Bu işin arxasında könüllü evtanaziyanın və intihara yardımın leqallaşdırılmasını müdafiə edən qeyri-kommersiya təşkilatı “Exit International” dayanır.

Cihazın içərisində bir düymə var ki, basıldıqda möhürlənmiş kameraya azot vurur. İçəridə olan adam yuxuya gedir və bir neçə dəqiqə ərzində boğularaq ölür. “Exit International”a görə, kapsul ağır immun xəstəliyindən əziyyət çəkən 64 yaşlı amerikalı qadın tərəfindən istifadə edilib. Təşkilatın rəsmi bəyanatında deyilir ki, məhkəmədə iştirak edən yeganə şəxs QHT-nin İsveçrə bölməsinin həmsədri Florian Villetdir. O, qadının ölümünü “dinc, sürətli və ləyaqətli” kimi qiymətləndirib. Həmin gün səhiyyə naziri Elisabet Bohm-Şnayder parlamentdə evtanaziya üçün kapsuldan istifadənin qanuni olmadığını bildirib:

“Birincisi, bu, məhsulun təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğun gəlmir, ikincisi, azotdan istifadə kimyəvi maddələrdən istifadə haqqında qanuna ziddir”, – deyə o, aydınlaşdırıb. İyul ayında yerli prokurorlar “Exit International”a cinayət təqibi ilə bağlı xəbərdarlıq edib. Bu, qanunu pozanların 5 ilə qədər həbs cəzası alacağını göstərir. İsveçrə qanunları köməkli intihara icazə verir, bir şərtlə ki, şəxs “kənar yardım” olmadan öz həyatına qəsd etsin.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*