İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin öldürülməsinə icazə verilməsinin səhv olduğunu deyib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Luka şəhərində çıxışı zamanı bildirib.

“Qəddafinin öldürülməsinə icazə vermək böyük səhv idi. O, demokratiya modeli deyildi, lakin onun sonu ilə Şimali Afrikada qeyri-sabitlik hökm sürürdü”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Qəddafi ilə razılaşmalar sayəsində İtaliya miqrasiya axınlarını dayandıra bildi.
İtaliyanın xarici işlər naziri terrorun Qəddafidən sonra gəldiyini qeyd edib.
İqbal Rzayev,
KONKRET.az
