İtaliya sahil mühafizə qrupları qayıqda 8 miqrantı ölü tapıb.
KONKRET.az ANSA-ya istinadən xəbər verir ki, xilasedicilər sağ qalan 40 nəfəri Lampeduzadakı əsas limana aparıb.
Qeyd edək ki, Şimali Afrikadan İtaliyaya gələn qeyri-qanuni miqrantların sayı artıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə 67 477, 2022-ci ildə isə təxminən 105 140 miqrant dəniz yolu ilə İtaliyaya gəlib.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə Aralıq dənizini keçməyə çalışan təxminən 1400 miqrant həlak olub.
İqbal Rzayev,
KONKRET.az
