İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı – Ölənlər var – FOTO/VİDEObackend

İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı - Ölənlər var - FOTO/VİDEO

İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə xilasetmə xidməti məlumat yayıb.

Bildirilir ki, iki-üç saat ərzində təxminən 420 mm yağıntı düşüb ki, bu da bölgədə bir illik normanın yarısı qədərdir.

Məlumata görə, infrastruktura ziyan dəyib, torpaq sürüşmələri olub, bəzi yollar bağlanıb. Bəzi şəhərlərdə küçələri tamamilə su basıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilişində və rabitədə kəsintilər var. Bəzi şəhərlərdə məktəblər bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*