İtaliyanın Toskana bölgəsində güclü yağış və daşqınlar nəticəsində azı 3 nəfər ölüb, daha bir nəfər isə itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ranews24 telekanalı məlumat yayıb.
“Toskanada üç nəfər ölüb, Venetoda bir nəfər itkin düşüb”, – məlumatda deyilir.
Məlumata görə, qurbanlardan biri 84 yaşlı qadındır.
Bölgədə fövqəladə vəziyyət elan edilib. Güclü yağışlar Toskananın mərkəzindəki Prato, Florensiya və Pistoia şəhərləri ətrafındakı ərazilərə ziyan vurub. Sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Ariz Həsənoğlu,
KONKRET.az
