Jerar Depardye İslam Sivilizasiyası Mərkəzinə baş çəkdi – FOTObackend

Jerar Depardye İslam Sivilizasiyası Mərkəzinə baş çəkdi - FOTO

Məşhur fransız aktyoru Jerar Depardye Özbəkistan haqqında sənədli film çəkmək üçün Daşkəndə gəlib. “Uzbekkino”nun mətbuat xidmətindən KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna verilən məlumata görə, aktyor Özbəkistan Prezidentinin İslamın əsl humanist mahiyyətini geniş beynəlxalq ictimaiyyətə çatdırmaq təşəbbüslərinin vacibliyini qeyd edib.

“Mən bu mərkəzin yaradılmasının təşəbbüskarı olan Şavkat Mirziyoyevin mövqeyini bölüşürəm. Ölkənizdə bu müqəddəs dinə humanist dəyərlərin mərkəzi kimi hörmət edirlər və bu böyük dini zorakılıq və qan tökülməsi ilə bərabər qoyanları qınayırlar. Mən bu yanaşmanı tam bölüşürəm. Bu gün bir çox mütəxəssis qeyd edirlər ki, Özbəkistan müsəlman dünyası üçün humanist bir inkişaf modelinin əsasını qoyur. Bunlar həqiqətən tarixi məqamlardır”, – deyə Depardye məmnunluğunu ifadə edib.

Aktyor vurğulayıb ki, Özbəkistan qədimdən elm adamlarının, ilahiyyatçıların və parlaq mütəfəkkirlərin doğulduğu torpaq olub.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Tikilməkdə olan İslam sivilizasiyasının mərkəzi haqqında danışan aktyor bu dini qəbul edən xalqların ən zəngin irsinin qorunmasına, öyrənilməsinə və yayılmasına töhfə verəcəyinə və digər dinlərə hörmət göstərəcəyinə əminliyini bildirib.

Aktyor, həmçinin Özbəkistan xalqının qonaqpərvərliyinə və ölkənin zəngin tarixi və mədəni irsinə heyran olduğunu söyləyib: “Özbəkistana həqiqətən misilsiz coğrafi yer verilib. Asiyanın qəlbində yerləşən bu ölkə xaricdən bir çox mədəni ənənələri toplayıb və eyni zamanda, öz təcrübəsini xarici dünyaya ötürüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*