Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilirbackend

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.

KONKRET.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. “Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən “onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözlərinin çıxarılması təklif olunur: “Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*