Kadi oyun zamanı ölümdən döndü – VİDEObackend

Kadi oyun zamanı ölümdən döndü - VİDEO

“Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borges “Spartak”la matçda huşunu itirib.

KONKRET.az xəbər verir ki, o, ikinci hissənin əvvəlində top uğrunda mübarizədə “Spartak”ın müdafiəçisi Georgiy Jikia ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq qazona yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçuya dilini udmaması üçün ilkin tibbi yardımı Jikianın özü göstərib.

Bundan sonra Kadi özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə təcili yardıma aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*