Kadi “Qarabağ”a qayıdır? – Agentindən açıqlamabackend

Kadi “Qarabağ”a qayıdır? - Agentindən açıqlama

“Krasnodar”ın futbolçusu Kadi Borgesin agenti Helsio Roberto braziliyalı oyunçunun “Qarabağ”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, xarici KİV-ə açıqlamasında Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:

“Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi “Krasnodar”dakı hər şeydən razıdır”.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. O, 5 milyon avroya “Krasnodar”a transfer olunub. Kadinin Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*