Kadırov da gileyləndi: “İnsanlar toyların girovuna çevrilib”backend

Kadırov da gileyləndi: "İnsanlar toyların girovuna çevrilib"

“İnsanlar toyların təşkili xərclərinin xeyli artmasına səbəb olan yeniliklərin girovuna çevrilirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib. Kadırov çeçen toylarında Avropa meyllərini sərt şəkildə tənqid edib.

“Cəmiyyətdə dinə və milli adət-ənənələrə kökündən zidd olan absurd qaydalar tətbiq olunur”, – deyə Ramzan Kadırov Telegram kanalında bildirib.

“Çeçenlər toylarda mühafizəkardırlar və xarici cərəyanların təsirinə düşməməyə çalışırlar və mərasimi orijinal saxlamağa çalışırlar. Məsələn, bunlardan biri gəlinin görünüşünə aiddir. Şəkildə heç bir qeyri-ciddilik olmamalıdır – baş örtülüdür, əllər bağlıdır.

Respublika rəhbərinin fikrincə, Çeçenistanda toylar Avropa çalarları almamalıdır. Burada tort kəsib satmaq, bir neçə cütlüyün rəqs dərnəyinə getməsi kimi adətlər qadağandır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*