Kadırov Ərdoğana heyranlığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.
Kadırov Türkiyə müxalifət lideri ilə görüşən ABŞ-ın Türkiyədəki səfiri ilə danışmaqdan imtina edən prezident Rəcəb Tayyib Ərdoğana heyran olub.
“Mən bunu anlayıram, bu, qəti mövqedir”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində müxalifətin namizədi Kamal Kılıçdaroğlu ilə görüşəndən sonra ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk üçün qapıları bağlı elan edib.
Xuraman Etibarlı,
KONKRET.az
