“Hazırda “Vaqner PMC”-nin keçmiş döyüşçülərinin böyük bir qrupu AXMAT xüsusi təyinatlılarının tərkibində təlim keçir”.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.
O qeyd edib ki, təlm iştirakçıları taktiki atıcılıq kursu keçirlər.
“Snayperlərin, pulemyotçuların, istehkamçıların, artilleriyaçıların hazırlanması geniş təlim proqramının yalnız bir hissəsidir. Yəni təlimatçılar bu məsələyə hərtərəfli yanaşıblar. Bildiyiniz kimi, cəbhə xəttində yerləşən bölmələrimizin strategiyası və taktikası təcrübədən və əldə edilən texnologiyadan asılı olaraq dəyişir. Ona görə də hər bir döyüşçünün ən son bilik və bacarıqlara malik olması vacibdir”, – deyə Kadırov bildirib.
O, çeçen bölməsinə qoşulan döyüşçülərə təşəkkür edib və onlara uğurlu xidmət arzulayıb.
Burhan,
KONKRET.az
