Kadırov Rusiyanı tərk edən kişilərə ətək geyinməyi TÖVSİYƏ ETDİbackend

Kadırov Rusiyanı tərk edən kişilərə ətək geyinməyi TÖVSİYƏ ETDİ

Kadırov Rusiyanı tərk edən kişilərə ətək geyinməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanı tərk edənlərə ətək geyinib adlarını qadın adlandırmağı tövsiyə edib.

“Çətin vaxtlarda vətənini qoyub xaricə gedənləri anlamıram. Belə qorxaqlara məsləhət görürəm ki, ətək geyinsinlər, adlarını dəyişib qadın olsunlar. Baxmayaraq ki, tariximizdə hətta qadınlar da kişilərlə bərabər şəkildə sona qədər mübarizə aparmağa cəsarət göstəriblər”, – deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri əlavə edib ki, ölkədə yalnız “qismən” səfərbərlik elan edilib, lakin bu, hər bir şəxsə öz vəzifəsini yerinə yetirmək və döyüşdə faydalı bacarıqlar təklif etmək üçün kifayətdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*