Qaraçılar Ramzan Kadırovun atını oğurlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb. Media yazır ki, Çexiyada qaraçılar Ramzan Kadırova məxsus 1,3 milyon rubl (təqribən 30 min AZN – red.) qiyməti olan atı oğurlayıblar.
Çexiyada Ramzan Kadırova məxsus olduğu iddia edilən atı oğurlayan qaraçıları axtarırlar.
Heyvanın martın 3-dən 4-nə keçən gecə aparıldığı bildirilir. Cinayəti törətməkdə yerli qaraçılar şübhəli bilinir.
Müstəntiqlərin fikrincə, onlar tövləyə soxulub Avropa sanksiyalarının obyektinə çevrilmiş damazlıq ayğırı oğurlayıblar.

Xuraman Etibarlı,
KONKRET.az
