Kanada məhkəməsi SEPAH-ı terror təşkilatı ELAN ETDİbackend

Kanada məhkəməsi SEPAH-ı terror təşkilatı ELAN ETDİ

Kanada məhkəməsi İran İnqilab Keşikçilərinin Korpusunun (SEPAH) terror qruplaşması siyahısına salındığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə globalnews məlumat yayıb. Kanadanın Ontario əyalətinin Ali Məhkəməsi İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Bundan əvvəl SEPAH-ın Əl-Qüds xüsusi bölməsi də belə tanınırdı.

Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb.

Bu qərar mərhum kanadalı vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcunun olması məsələsində verilib. Hakim İran şirkətinin sahibi Babək Zəncani SEPA-nı maliyyələşdirməkdə ittiham olunduğu üçün borcun ödənilməməsinə qərar verib. Məhkəmə bəyan edib ki, bu borcun ödənilməsi Kanadanın antiterror qanunlarının pozulması deməkdir.

Liberal hökumət uzun müddətdir ki , İranın 55 Kanada vətəndaşı olmaqla 88 nəfəri daşıyan sərnişin təyyarəsini vurduqdan sonra SEPAH-ı Kanadanın terrorçu siyahısına salmaq çağırışları ilə üzləşib.

Bu yaxınlarda İİKK-nın Rusiyaya Ukraynada pilotsuz təyyarələrlə zərbələr endirməsinə kömək etdiyi və İranda insan haqları etirazçılarının yatırılmasında iştirak etdiyi iddia edilir.

Bununla belə, yalnız SEPAH-nin Qods Gücü bölməsi siyahıdadır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*