Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərdibackend

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərdi

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir.

Nazirliyin məlumatında deyilir: “Bölməyə genişmiqyaslı işğal halında Kanada diplomatik nümayəndələrinin təxliyəsinə yardım etmək tapşırılıb”.

Həmçinin Rusiyanın hücumlarının qarşısını almaqda Ukraynaya kömək məqsədi ilə Kanada bu addımları atır.

“Bu, NATO müttəfiqlərinin Rusiyanın təcavüzünün qarşısını almaq və Ukrayna hökumətinə dəstək yollarını müəyyən etmək üçün öhdəsinə götürdüyü səylərin bir hissəsidir”, – Kanadanın Müdafiə Nazirliyindən bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*