2021-ci ilin may ayından bu yana Kanadanın müxtəlif bölgələrində ən azı 33 kilsə yandırılıb.
KONKRET.az xəbər verir ki, buna səbəb məktəblərin ərazisində bir neçə kütləvi məzarlığın aşkar edilməsidir.
Mənbənin məlumatına görə, bu yanğınlardan yalnız ikisi qəza nəticəsində baş verib. Qalan hadisələr qəsdən törədilib. Sonuncu kilsənin yanması ötən ilin dekabrına təsadüf edir.
Xatırladaq ki, 2021-ci ilin may ayında Kanadada hindistanlı uşaqların təhsil aldığı məktəbin ərazisində 1148 uşağın məzarı aşkar edilmişdi. Bu xəbər Kanadada geniş rezonans doğurub və təhsil müəssisələrinin ərazisində qazıntılar aparılır.
Vəli Həsənov,
KONKRET.az
