Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandıbackend

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

Azərbaycan karateçisi İrina Zaretska 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb. 

KONKRET.az xəbər verir ki, o, finalda isveçrə idmançısı İrina Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İrina Zaretska Avropa Oyunlarının ikiqat qalibi adına yiyələnib.

19:35

Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb.

KONKRET.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib.

O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün, həmçinin 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı da yarımfinal görüşünə çıxacaq.

12:33

Polşada keçirilən III Avropa Oyunlarında karate yarışları davam edir.

KONKRET.az xəbər verir ki, idmançımız İrina Zaretska da mübarizəyə qoşulub.

O, ikinci görüşdə Ermənistan təmsilçisi Anita Makyanla üz-üzə gəlib. Zaretska rəqibini 27 saniyəyə məğlub edib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*