Keçmiş baş prokuror müavini və qızının meyiti tapıldıbackend

Keçmiş baş prokuror müavini və qızının meyiti tapıldı

Ukraynanın keçmiş baş prokurorunun müavini Olqa Kolinko və qızı Yaroslava Kiyevdə cansız halda tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli”nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.

Qadınların öz mənzillərində tapıldığı bildirilir.

Nəşrin məlumatına görə, hadisə yerində əməliyyat-istintaq qrupu və ekspertlər işləyir.

71 yaşlı Olqa Kolinko uzun illər ağır xəstə idi və küçəyə çıxmırdı.

Kolinko iki dəfə Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışıb: 1993-2000-ci illərdə və 2003-2005-ci illərdə. 2001-2003-cü illərdə o, keçmiş prezident Leonid Kuçmanın yanında Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə rəhbərlik edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*