Keçmiş “Mossad” rəhbəri: “İran nüvə proqramını davam etdirir”backend

Keçmiş "Mossad" rəhbəri: "İran nüvə proqramını davam etdirir"

İsrail kəşfiyyatı İranın nüvə proqramını davam etdirdiyini göstərən arxiv sənədləri ələ keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Kəşfiyyat İdarəsinin (Mossad) keçmiş rəhbəri Yossi Kohen bildirib.

O, İran hökumətinin ölkədəki nüvə fəaliyyətlərini dayandırdığına dair açıqlamalarının yalan olduğunu qeyd edib:

“Arxivlərdən əldə etdiyimiz minlərlə sənədlə İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) yalan danışdığını sübut etdik”.

Kohen bildirib ki, “Mossad” bəzi əməliyyatları İran ərazisində həyata keçirib.

Onun sözlərinə görə, “Mossad”ın fəaliyyət sahəsi təkcə kəşfiyyat məlumatı toplamaq deyil, həm də sülhü dəstəkləməkdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*