Kəlbəcərlə bağlı yanlış addım?  “Türkiyə bunu etməz, təsadüfdür!”backend

Kəlbəcərlə bağlı yanlış addım? - “Türkiyə bunu etməz, təsadüfdür!”

32 il əvvəl bu günlərdə Ermənistanın Kəlbəcəri işğal etməsi səbəbindən sərhədlərini bağlayan və siyasi-diplomatik əlaqələri dayandıran Türkiyə, bir qədər əvvəl “Marqara” sərhəd-keçid məntəqəsini açmaqla mövzunu fərqli bir şəkildə yenidən diqqət mərkəzinə gətirib. Belə ki, Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsi 10 günlük açılıb. 

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Marqara” sərhəd-keçid məntəqəsi humanitar məqsədlə açılmışdı:

“Türkiyə sərhədin hansı məqsədlə açılmasını elan etdi. Amma sərhədin bağlanması ilə bağlı xəbər yoxdur. Buna görə də hazırda “Marqara” sərhəd-keçid məntəqəsinin açıq ya da qapalı olduğuna dair nə isə demək çətindir.

1993-cü il martın 27-dən aprelin 3-nə kimi gedən döyüşlər sonunda Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisədən sonra Türkiyə “Marqara” sərhəd-keçid məntəqəsini bağladı. Bu sərhəd məntəqəsi o vaxtdan bağlı idi”.

Politoloq qeyd edib ki, Kəlbəcərin işğalı günü ərəfəsində “Marqara” sərhəd-keçid məntəqəsinin açılması tamamilə təsadüfdür:

“Türkiyə ilə aramızda ciddi bir problem yoxdur. Bu günə qədər Türkiyədən bu tipdə bir addım görməmişik. Qaldı ki hazırda Türkiyənin daxilində kifayət qədər mürəkkəb proseslər gedir.

Onsuz da gec-tez Ermənistan-Türkiyə sərhədi açılacaq, münasibətlər normallaşacaq. Amma əminliklə deyə bilərəm ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz! Həm də Ermənistandan çox, Azərbaycan Türkiyəyə lazımdır. Bu, dəyişməz reallıqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*