1968-ci ildə böyük qardaşı Con Kennedi kimi sui-qəsd nəticəsində öldürülən Robert Kennedinin nəvəsi həyatını itirib.
Musavat.com xəbər verir ki, 22 yaşlı Siris Kennedi Hillin yüksək dozada narkotik vasitə qəbul etdiyi üçün öldüyü bildirilir.
Öz evində huşsuz vəziyyətdə tapılan 22 yaşıl gənc qızı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas edə bilməyiblər. Xəstəxanadan Siris Kennedinin ölümü ilə bağlı heç bir açıqlama verilməyib. Lakin ABŞ mediası gənc qızın yüksək dozada narkotik vasitə qəbul etdiyini yazır. “New York Times” qəzeti də Siris Kennedinin depressiyada olduğu haqda məlumatlar dərc edib.

Həyatını itiriən 22 yaşlı Siris Kennedi Bostonda tələbə idi. Onun ölümü ilə bağlı hazırda geniş araşdırma aparılır.

Kennedi ailəsinin faciələri
Həyatını itirən 22 yaşlı Siris Kennedi 1961-1963-cü illərdə ABŞ prezidenti olmuş Con Kennedinin qardaşı senator Robert Kennedinin nəvəsidir. Kennedi ailəsinin faciləri bitmir. Öncə Con Kennedi Dallasda sui-qəsdə uğrayıb öldürülmüşdü. Daha sonra onun senator qardaşı da sui-qəsdlə qətlə yetirilib. Con Kennedinin 38 yaşlı bir oğlu aviaqəzada həyatını itirib. İndi də Robert Kennedinin 22 yaşlı nəvəsinin həyatı sona çatdı.
Turan Oruc
Musavat.com





